Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

18 dekabr 2012-ci il tarixdə Xızı rayonu ərazisində 2 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

18 dekabr 2012-ci il

18 dekabr 2012-ci il tarixdə saat 19:50 radələrində Bakı-Quba yolunun Xızı rayonu ərazisindən keçən 65-ci km-də 1978-cı il təvəllüdlü Sumqayıt şəhər sakini Mustafayev Sakit Təvəkkül oğlu Baki şəhər istiqamətidə idarə etdiyi “Chevrolet” markalı, 29-BA-488 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçmək istəyən iki piyadanı Xizi rayon sakinləri 1990-cı il təvəllüdlü Seyidov Arif Rauf oğlunu və 1954-cü il təvəllüdlü Abbasova Səmayə Cəlal qızını vurub.  

     Qəza nəticəsində piyadalar aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

     Faktla bağlı araşdırma aparılır.

xəbərlərin arxivi




Çap et  Çap et