Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

30 dekabr 2012-ci il tarixdə Xızı rayonu ərazisində 2 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

30 dekabr 2012-ci il

30 dekabr 2012-ci il tarixdə saat 03:30 radələrində Xızı-Giləzi yolunun 6-cı km-də 1986-cı il təvəllüdlü Bərdə rayon sakini İbadov Fəxrəddin Mehman oğlu idarə etdiyi “Howo” markalı, 90-JU-069 dövlət qeydiyyat nişanlı yük avtomobilini yoldan çıxararaq aşırmışdır.

Qəza nəticəsində sürücü F.İbadov və avtobildə olan 1983-cü il təvəllüdlü sərnişin Naxçıvan MR-sı Şərur rayon sakini Həsənov Abbas Rəhim oğlu aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

Faktla bağlı araşdırma aparılır.
xəbərlərin arxivi




Çap et  Çap et