Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

07 yanvar 2013-ci il tarixdə paytaxtın Qaradağ rayonu ərazisində 2 nəfərin ölümü, 1 nəfərin yaralanması, Şəmkir rayonu ərazisində isə 5 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisələri baş verib.

07 yanvar 2013-cü il

07 yanvar 2013-ci il tarixdə saat 18:20 radələrində Qızıldaş-Müşviqabad yolunun 7-ci km-də 1984-cü il təvəllüdlü Cəlilabad rayon sakini Əsgərov Vüsal Sabir oğlu idarə etdiyi “UAZ” markalı, 65-BA-712 dövlət qeydiyyat nişanlı avtobillə yolun hərəkət hissəsindən çıxaraq aşmışdır.

Qəza nəticəsində avtomobildə olan sərnişinlərdən 1975-ci il təvəllüdlü Qaradağ rayon sakinləri İsmayılov Salamat İsa oğlu hadisə yerində ölüb, sürücü və 1966-cı il təvəllüdlü digər sərnişin Sultanov Daməd İsaxan oğlu Bakı şəhər Kliniki Tibbi Mərkəzə çatdırılsalar da D.Sultanovun həyatını xilas etmək mümkün olmayıb.

Digər yol-nəqliyyat hadisəsi saat 23:00 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Şəmkir rayonu ərazisindən keçən 400-cü km-də baş verib. 1969-cu il təvəllüdlü Göygöl rayon sakini Əliyev Arif İzzət oğlunun idarə etdiyi “Mercedes-Benz” markalı, 10-JT-818 dövlət qeydiyyat nişanlı avtobusla 1986-cı il təvəllüdlü Şəmkir rayon sakini Həsənov Anar Hidayət oğlunun idarə etdiyi “VAZ-2106” markalı, 20-BM-765 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.

Qəza nəticəsində “VAZ-2106” markalı avtomobilin sürücüsü A.Həsənov və avtomobildə olan sərnişinlər Şəmkir rayon sakinləri 1987-ci il təvəllüdlü Babayev Murad Əbülfəs oğlu, 1962-ci il təvəllüdlü Babayeva Çiçək Nazim qızı, 1968-ci il təvəllüdlü Nağıyeva Leyla Nazim qızı, 1998-ci il təvəllüdlü Nağızadə Nağı İdris oğlu aldığları xəsarətlərdən hadisə yerində ölüblər.

Faktlarla bağlı araşdırma aparılır.
xəbərlərin arxivi




Çap et  Çap et