Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

25 yanvar 2013-cü il tarixdə Goranboy rayonu ərazisində 2 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

25 yanvar 2013-cü il

25 yanvar 2013-cü il tarixdə saat 20:30 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Goranboy rayonu ərazisindən keçən 315-ci km-də 1967-cı il təvəllüdlü Ağstafa rayon sakini Cəlilov İbrahim Qəhrəman oğlunun idarə etdiyi “Kamaz” markalı, 05-AC-253 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə 1969-cu il təvəllüdlü Goranboy rayon sakini Tağıyev Mübariz Cavanşir oğlunun idarə etdiyi “VAZ-2107” markalı, 20-CG-489 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub, bundan sonra Bakı şəhəri istiqamətindən gələn Bakı şəhər sakini 1990-cı il təvəllüdlü Süleymanov Şaiq İdris oğlunun idarə etdiyi “Mercedes-Benz 190” markalı, 10-RT-698 dövlət qeydiyyat nişanlı avtomobil həmin avtomobillərə dəyib.

Qəza nəticəsində “VAZ-2107” markalı avtomobilin sürücüsü M.Tağıyev və avtomobildə olan sərnişin 1984-cü il təvəllüdlü Goranboy rayon sakini Həsənov Rəşad Əfqan oğlu hadisə yerində ölüb, “VAZ-2107” markalı avtomobildə olan digər sərnişin 1973-cü il təvəllüdlü Goranboy rayon sakini Abbasov Fariz Ayaz oğlu xəsarət alaraq Goranboy Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.
xəbərlərin arxivi




Çap et  Çap et