Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

29 yanvar 2013-cü il tarixdə Abşeron rayonu ərazisində 2 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

29 yanvar 2013-cü il

29 yanvar 2013-cü il tarixdə saat 07:30 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Abşeron rayonu ərazisindən keçən 21-ci km-də 1985-ci il təvəllüdlü Bakı şəhər sakini Qarayev Babək Mətləb oğlunun idarə etdiyi “Nissan Sunny” markalı, 90-RV-465 dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhər istiqamətində hərəkətdə olarkən körpünun beton dayağına çırpılıb.

Qəza nəticəsində avtomobildə olan sərnişinlər, 1969-cu il təvəllüdlü Abşeron rayon sakini Seyidov Mahir Əbubəkir oğlu və 1982-ci il təvəllüdlü Tərtər rayon sakini Quliyev Ramin Qulu oğlu hadisə yerində ölüblər, avtomobilin sürücüsü B.Qarayev və avtomobildə olan digər sərnişin 1976-ci il təvəllüdlü Tərtər rayon sakini Məmmədov Maqsud Hüseyn oğlu xəsarət alaraq xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.
xəbərlərin arxivi




Çap et  Çap et