Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

30 yanvar 2013-cü il tarixdə Ağcəbədi rayonu ərazisində 2 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

30 yanvar 2013-cü il

30 yanvar 2013-cü il tarixdə saat 19:00 radələrində, Bəhrəmtəpə-Mingəçevir yolunun 119-cu km-də 1981-ci il təvəllüdlü Beyləqan rayon sakini Namazov Ramil Rəhman oğlunun idarə etdiyi “VAZ-21074” markalı, 90-LP-807 dövlət qeydiyyat nişanlı avtomobillə 1965-ci il təvəllüdlü Bakı şəhər sakini Hüseynov Elsevər Sultan oğlunun idarə etdiyi “Ford-Tranzit” markalı, 90-KJ-141 dövlət qeydiyyat nişanlı yük avtomobil toqquşub.

Qəza nəticəsində “VAZ-21074” markalı avtomobilin sürücüsü R.Namazov, qardaşı 1984-cü il təvəllüdlü Namazov Seymur və digər sərnişin 1976-ci il təvəllüdlü Beyləqan rayon sakini Əhmədov Nail Şəmsəddin oğlu Ağcəbədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılsalar da qardaşlar aldığları xəsarətlərdən xəstəxanada ölüblər.

Faktla bağlı araşdırma aparılır.
xəbərlərin arxivi




Çap et  Çap et