Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

04 fevral 2013-ci il tarixdə Hacıqabul rayonu ərazisində 2 nəfərin ölümü, 3 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

04 fevral 2013-cü il

04 fevral 2013-cü il tarixdə saat 20:30 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Hacıqabul rayonu ərazisindən keçən 116-cı km-də 1971-ci il təvəllüdlü Biləsuvar rayon sakini Telmanzadə Elsevər Telman oğlunun idarə etdiyi “Mercedes-Benz” markalı, 10-XD-975 dövlət qeydiyyat nişanlı avtomobillə 1965-ci il təvəllüdlü Sabirabad rayon sakini Aslanov Elvin İdris oğlunun idarə etdiyi “SHACMAN” markalı, 90-JS-177 dövlət qeydiyyat nişanlı yük avtomobili toqquşub.

Qəza nəticəsində “Mercedes-Benz” markalı avtomobilin sürücüsü və avtomobildə olan sərnişin 1996-cı il təvəllüdlü İbişov Ülvi Təyyar oğlu hadisə yerində ölüblər, digər sərnişinlər, İmişli rayon sakinləri, 1967-ci il təvəllüdlü İbişov Təyyar Cəlal oğlu, 1962-ci il təvəllüdlü Abbasov Elşən Fərhad oğlu və 1977-ci il təvəllüdlü Biləsuvar rayon sakini Abbasov Elşən Fərhad oğlu xəsarət alaraq Şirvan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.
xəbərlərin arxivi




Çap et  Çap et