Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

12 fevral 2013-cü il tarixdə paytaxtın Nizami rayonu ərazisində 2 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

12 fevral 2013-cü il

12 fevral 2013-cü il tarixdə saat 20:15 radələrində paytaxtın Nizami rayonu ərazisində 1992-ci il təvəllüdlü Bakı şəhər sakini Abbasov Elçin Əfqan oğlu Heydər Əliyev prospekti ilə idarə etdiyi “Mercedes-Benz” markalı, 90-VC-823 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçmək istəyən 3 piyadanı Yevlax rayon sakinləri, 1983-cü il təvəllüdlü Cavadova Ramilə Ələmdar qızını, 2008-ci il təvəllüdlü Məmmədova Gülçin Teymur qızını və 1986-cı il təvəllüdlü Cavadova Gülnar Ələmdar qızını vurub.

Qəza nəticəsində piyadalardan Cavadova Gülnar Ələmdar qızı hadisə yerində, Məmmədova Gülçin Teymur qızı xəstəxanada ölüb. Xəsarət alan digər piyada Cavadova Ramilə Ələmdar qızı isə 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
xəbərlərin arxivi




Çap et  Çap et