Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

21 fevral 2013-cü il tarixdə Şəmkir rayonu ərazisində 3 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

21 fevral 2013-cü il

21 fevral 2013-cü il tarixdə saat 11:30 radələrində Şəmkir-Çinarlı-Gəncə avtomobil yolunun 16-cı km-də 1995-ci il təvəllüdlü Şəmkir rayon sakinləri Əlizadə Orxan Rasim oğlunun idarə etdiyi “Mersedes-Benz” markalı, 20-CH-140 dövlət qeydiyyat nişanlı avtomobillə 1989-cu il təvəllüdlü İbrahimov Elnur Qənimət oğlunun idarə etdiyi “Niva” markalı, 41-BA-946 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub və toqquşmadan hərəkət istiqamətini itirən “Mersedes-Benz” markalı avtomobil yolun soluna çıxaraq Şəmkir çayı üstündəki körpüdən aşıb.

Qəza nəticəsində “Mersedes-Benz” markalı avtomobilin sürücüsü və avtomobildə olan sərnişinlər Şəmkir rayon sakinləri 1992-ci il təvəllüdlü Hüseynov Vüqar Nadir oğlu və 1995-ci il təvəllüdlü Əliyev Məhəmməd Fazil oğlu hadisə yerində ölüblər.

Faktla bağlı araşdırma aparılır.
xəbərlərin arxivi




Çap et  Çap et