Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

10 mart 2013-cü il tarixdə paytaxtın Nizami rayonu ərazisində 2 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

10 mart 2013-cü il

10 mart 2013-cü il tarixdə saat 23:54 radələrində paytaxtın H.Əliyev prospektinin Nizami rayonu ərazisindən keçən ərazisində 1984-cü il təvəllüdlü Bakı şəhər sakini Quliyev Heydər Balabəy oğlunun idarə etdiyi “Toyota-Camry” markalı, 90-XL-023 dövlət qeydiyyat nişanlı avtomobil aşaraq yanıb.

Qəza nəticəsində avtomobilin sürücüsü və avtomobildə olan sərnişin Bakı şəhər sakini 1985-ci il təvəllüdlü Abdullayev Tural Natiq oğlu hadisə yerində ölüblər.

Faktla bağlı araşdırma aparılır.
xəbərlərin arxivi




Çap et  Çap et