Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

19 mart 2013-cü il tarixdə Sumqayıt şəhəri ərazisində 3 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

19 mart 2013-cü il

19 mart 2013-cü il tarixdə saat 00:54 radələrində Bakı-Quba yolunun Sumqayıt şəhəri ərazisindən keçən 37-ci km-də 1987-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Ataxanzadə Mövsüm Nəsir oğlunun idarə etdiyi “Qaz-3110” markalı, 50-BZ-193 dövlət qeydiyyat nişanlı avtomobillə 1961-ci il təvəllüdlü Bakı şəhər sakini Sarayev Vitaliy Qriqoryeviçin idarə etdiyi “Tayota Rav-4” markalı, 10-VN-702 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.

Qəza nəticəsində “Qaz-3110” markalı avtomobildə olan sərnişinlər Bakı şəhər sakini 1951-ci il təvəllüdlü Əliyev Şükür Bəylər oğlu, Xızı rayon sakini 1990-cı il təvəllüdlü Quliyev Cavid Saleh oğlu və şəxsiyyəti məlum olmayan 40-45 yaşlı kişi hadisə yerində ölüblər, hər iki avtomobilin sürücüləri isə xəsarət alaraq Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.


xəbərlərin arxivi




Çap et  Çap et