Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

22 mart 2013-cü il il tarixdə Sabirabad rayonu ərazisində 2 nəfərin ölümü, 4 nəfərin yaralanması, Abşeron rayonu ərazisində 4 nəfərin ölümü, 6 nəfərin yaralanması, Qobustan rayonu ərazisində isə 2 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisələri baş verib.

22 mart 2013-cü il

22 mart 2013-ci il tarixdə saat 09:30 radələrində Hacıqabul-Bəhrəmtəpə yolunun Sabirabad rayonunun Qalağayın kəndi ərazisindən keçən 38-ci km-də 1973-cü il təvəllüdlü Sumqayıt şəhər sakini Əliyev Rafiq Rövşən oğlu idarə etdiyi “VAZ-21150” markalı, 50-BP-359 dövlət qeydiyyat nişanlı avtobillə Sabirabad istiqamətində hərəkətdə olarkən qarşıdan gələn 1958-ci il təvəllüdlü Sabirabad rayon sakini Kazımov Ağahüseyn Feyzulla oğlunun idarə etdiyi “VAZ-21013” markalı, 11-BA-928 dövlət qeydiyyat nişanlı avtobillə toqquşaraq idarəetməni itirib və 1978-ci il təvəllüdlü İmişli rayon sakini İsayev Mürşüd Tahir oğlunun idarə etdiyi “Mercedes-Benz” markalı, 10-FS-042 dövlət qeydiyyat nişanlı avtobillə təkrar toqquşub.

Qəza nəticəsində “VAZ-21013” markalı avtomobilin sürücüsü və onun sərnişini 1971-ci il təvəllüdlü Füzuli rayon sakini Əliyev Mədət Qəzənfər oğlu hadisə yerində ölüb, “VAZ-21150” markalı avtomobilin sürücü, onun sərnişinləri 1960-cı il təvəllüdlü Şirvan rayon sakini Qurbanov Fərhad Sovet oğlu, 1963-cü il təvəllüdlü Füzuli rayon sakini Əliyev Afiq Qəzənfər oğlu və 1949-cu il təvəllüdlü Sumqayıt şəhər sakini Əliyev Rövşən Qəzənfər oğlu Sabirabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Digər yol-nəqliyyat hadisəsi saat 13:00 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Abşeron rayonu ərazisindən keçən 34-cü km-də baş verib. 1982-ci il təvəllüdlü Bakı şəhər sakini Abbasov Ayəddin Elxan oğlu idarə etdiyi “Hundai-Sonata” markalı, 90-EV-390 dövlət qeydiyyat nişanlı avtobillə Şamaxı istiqamətində hərəkətdə olarkən qarşıdan gələn 1983-cü il təvəllüdlü Bakı şəhər sakini Şahbudaqov Urfan İdris oğlunun idarə etdiyi “Mercedes-Benz” markalı, 90-EA-174 dövlət qeydiyyat nişanlı avtobillə qarşı-qarşıya toqquşub.

Qəza nəticəsində “Mercedes-Benz” markalı avtomobilin sürücüsü, onun sərnişinləri: Bakı şəhər sakinləri 1961-ci il təvəllüdlü Şahbudaqova Bahar Əhliman qızı, 2011-ci il təvəllüdlü Şahbudaqova Fidan Urfan qızı, 1972-ci il təvəllüdlü Şahbudaqova Sevinc İsmayıl qızı xəstəxanaya çatdırılarkən yolda ölüblər. “Mercedes-Benz” markalı avtomobilin digər sərnişinləri: 1958-ci il təvəllüdlü Şahbudaqov İdris Seyfi oğlu, 1992-ci il təvəllüdlü Şahbudaqova Aydan Qayıb qızı, 2009-cu il təvəllüdlü Şahbudaqov Natiq Urfan oğlu, 1964-cü il təvəllüdlü Babayeva

Xalidə Seydi qızı, “Hundai-Sonata” markalı avtomobilin sərnişini 1984-cü il təvəllüdlü Cəbrayılova Samirə Etibar qızı Bakı şəhər Kliniki Tibbi Mərkəzə, “Hundai-Sonata” markalı avtomobilin sürücüsü isə hospitala yerləşdiriliblər.

Sonuncu ağır qəza saat 18:30 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Qobustan rayonu ərazisindən keçən 97-ci km-də baş verib. 1983-cü il təvəllüdlü Qobustan rayon sakini Yusifov Cahangir Ağalar oğlu idarə etdiyi “VAZ-21033” markalı, 10-NS-983 dövlət qeydiyyat nişanlı avtobillə Şamaxı istiqamətində hərəkətdə olarkən eyni istiqamətdə qarşıda gedən 1983-cü il təvəllüdlü Bakı şəhər sakini Aslanov Elşad Vaqif oğlunun idarə etdiyi “Mercedes-Benz” markalı, 90-VB-495 dövlət qeydiyyat nişanlı avtoevakuatorun arxa hissəsi ilə toqquşub.

Qəza nəticəsində “VAZ-21033” markalı avtomobilin sərnişinləri: Qobustan rayon sakinləri 1977-ci il təvəllüdlü Baxşıyev Ağaheybət Ağalar oğlu və 1981-ci il təvəllüdlü Qayıbav Haqverdi Mayıl oğlu hadisə yerində ölüblər, sürücüsü və digər sərnişin 1977-ci il təvəllüdlü Mustafayev Mustafa Arif oğlu Qobustan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Faktlarla bağlı araşdırma aparılır.


xəbərlərin arxivi




Çap et  Çap et