Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

23 mart 2013-cü il tarixdə Qobustan rayonu ərazisində 2 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

23 mart 2013-cü il

23 mart 2013-cü il tarixdə saat 12:30 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Qobustan rayonu ərazisindən keçən 103-cü km-də 1941-ci il təvəllüdlü Bakı şəhər sakini Məmmədəlizadə Tofiq Səməd oğlu idarə etdiyi “Nissan-Tiida” markalı, 90-CS-696 dövlət qeydiyyat nişanlı avtomobillə Şamaxı istiqamətində hərəkətdə olarkən yolun soluna çıxaraq ağaca çırpılıb.

Qəza nəticəsində sürücü və sərnişin 1963-cü il təvəllüdlü Bakı şəhər sakini Məmmədəlizadə Gültəkin Nəsrullah qızı hadisə yerində ölüblər.

Faktla bağlı araşdırma aparılır.


xəbərlərin arxivi




Çap et  Çap et