Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

24 mart 2013-cü il tarixdə Kürdəmir rayonu ərazisində 2 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

24 mart 2013-cü il

24 mart 2013-cü il tarixdə saat 12:30 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun yolunun Kürdəmir rayonu ərazisindən keçən 203-cü km-də 1968-ci il təvəllüdlü Kürdəmir rayon sakini Mürşüdov Şamil Talıb oğlu idarə etdiyi “VAZ-21033” markalı, 33-BB-218 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən qarşıdan gələn 1990-cı il təvəllüdlü Bakı şəhər sakini Burcaliyev Vasif Şəfixan oğlunun idarə etdiyi “Kamaz” markalı, 90-RX-712 dövlət qeydiyyat nişanlı yük avtobili ilə toqquşub.

Qəza nəticəsində sürücü və onun sərnişini 1996-cı il təvəllüdlü Kürdəmir rayon sakini Rəhimov Elvin Möhkəm oğlu hadisə yerində ölüblər, digər sərnişin 1968-ci il təvəllüdlü Rəhimova Dilarə Tacəddin qızı isə xəsarət alaraq Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


xəbərlərin arxivi




Çap et  Çap et