Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

03 aprel 2013-cü il tarixdə İmişli rayonu ərazisində 3 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

03 aprel 2013-cü il

03 aprel 2013-cü il tarixdə saat 13:00 radələrində Hacıqabul-Horadiz yolunun İmişli rayonunun Çahar kəndi ərazisindən keçən 93-cü km-də 1973-cü il təvəllüdlü Gürcüstan Respublikasının vətəndaşı Əliyev Rauf Mehralı oğlunun idarə etdiyi “HOVO” markalı, 90-JT-280 dövlət qeydiyyat nişanlı yük avtomobillə 1983-cü il təvəllüdlü İmişli rayon sakini Babayev Emin Novruz oğlunun idarə etdiyi “Mercedes-Benz” markalı, 30-BF-627 dövlət qeydiyyat nişanlı minik avtomobili toqquşub.

Qəza nəticəsində “Mercedes-Benz” markalı avtomobilin sürücü və onun sərnişinləri 1984-cü il təvəllüdlü həyat yoldaşı Babayeva Günel Əlimərdan qızı və 2012-ci il təvəllüdlü qızı Ayan hadisə yerində ölüblər, digər sərnişinlər, oğlanları 2006-cı il təvəllüdlü Novruz və 2007-ci il təvəllüdlü Fehruz xəsarət alaraq xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.


xəbərlərin arxivi




Çap et  Çap et