Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

14 aprel 2013-cü il tarixdə Ağstafa rayonu ərazisində 2 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

14 aprel 2013-cü il

14 aprel 2013-cü il tarixdə saat 17:30 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Ağstafa rayonu ərazisindən keçən 449-cu km-də 1963-cü il təvəllüdlü Ağstafa rayon sakini Cəfərov Cabbar Əziz oğlu idarə etdiyi “VAZ-2107” markalı, 21-BD-329 dövlət qeydiyyat nişanlı avtomobili yolun sağ kənarındakı ağaca vuraraq su arxına aşırıb.

Qəza nəticəsində sürücüsü C.Cəfərov və avtomobildə olan sərnişin, oğlu 1994-cü il təvəllüdlü Cəfərov Elman hadisə yerində ölüblər.

Faktla bağlı araşdırma aparılır.
xəbərlərin arxivi




Çap et  Çap et