Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

Vətəndaşların müraciətləri nəzərə alınaraq ölkə başçısının təşəbbüsü ilə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin AZS 122-2004 "Yerüstü nəqliyyat vasitələrinin təhlükəsizlik şüşəsi. Ümumi texniki şərtlər" dövlət standartına dəyişikliklər edilmişdir

16 aprel 2013-cü il

Vətəndaşların müraciətləri nəzərə alınaraq ölkə başçısının təşəbbüsü ilə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin AZS 122-2004 "Yerüstü nəqliyyat vasitələrinin təhlükəsizlik şüşəsi. Ümumi texniki şərtlər" dövlət standartına dəyişikliklər edilmişdir.
Dəyişikliklərə əsasən, nəqliyyat vasitələrində küləyə qarşı olmayan digər şüşələrin (arxadakı yan şüşələrin) işıq buraxma qabiliyyəti 70%-dən az olmamalıdır. Həmçinin Azərbaycan Respublikasının iqlim şəraitini nəzərə alaraq hər il 1 may tarixindən 15 noyabr tarixinədək həmin şüşələrdə sənaye üsulu ilə hazırlanan jalyüzlərin istifadəsinə icazə verilmişdir.


xəbərlərin arxivi




Çap et  Çap et