Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

19 aprel 2013-cü il tarixdə Neftçala rayonu ərazisində 2 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib

19 aprel 2013-cü il

19 aprel 2013-cü il tarixdə saat 18:10 radələrində Neftçala şəhəri, M.Ə.Sabir küçəsində Neftçala rayon sakini 1989-cu il təvəllüdlü Seyfullayev Murtuz Yusif oğlu idarə etdiyi “VAZ-2106” markalı, 10-RZ-866 dövlət qeydiyyat nişanlı avtomobillə yolun sağ çiyni ilə hərəkət edən piyada, Neftçala rayon sakinləri 1991-ci il təvəllüdlü Kərimov Musa Yusif oğlunu və 1973-cü il təvəllüdlü Məhərrəmov Zakir Firuddin oğlunu vurub, nəticədə hər iki piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.
xəbərlərin arxivi




Çap et  Çap et