Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

01 may 2013-cü il tarixdə Zərdab rayonu ərazisində 3 nəfərin ölümü, 3 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

01 may 2013-cü il

01 may 2013-cü il tarixdə saat 05:00 radələrində Zərdab-Ucar avtomobil yolunun 2-ci km-də 1972-ci il təvəllüdlü Hacıqabul rayon sakini Hüseynov Nadir Əlimirzə oğlunun idarə etdiyi “SHACMAN” markalı, 90-JU-376 dövlət qeydiyyat nişanlı avtomolillə 1992-ci il təvəllüdlü Laçın rayon sakini Məmiyev Tacəddin Müslüm oğlunun idarə etdiyi “VAZ-21145” markalı, 41-BB-556 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.

Qəza nəticəsində “VAZ-21145” markalı avtomobilin sürücüsü T.Məmiyev və avtomobildə olan sərnişinlər, 1955-ci il təvəllüdlü Məmiyev Müslüm Azad oğlu, 2010-cu il təvəllüdlü Həsənov Ramazan Rəşid oğlu hadisə yerində ölüblər, digər sərnişin 1990-cı il təvəllüdlü Məmiyeva Seyranə Müslüm qızı isə xəsarət alaraq Ucar Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


xəbərlərin arxivi




Çap et  Çap et