Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

18 may 2013-cü il tarixdə Şəmkir rayonu ərazisində 4 nəfərin ölümü, 4 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

18 may 2013-cü il

18 may 2013-cü il tarixdə saat 17:30 radələrində Şəmkir rayonunun Çənlibel kəndi ərazisində 1986-cı il təvəllüdlü Gədəbəy rayon sakini Musayev Arzu Babamurad oğlunun idarə etdiyi “VAZ-2101” markalı, 60-BC-364 dövlət qeydiyyat nişanlı avtomobillə 1983-cü il təvəllüdlü Gədəbəy rayon sakini Quliyev Elşin Afət oğlunun idarə etdiyi “VAZ-21074” markalı, 21-BD-782 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.

Qəza nəticəsində “VAZ-21074” markalı avtomobildə olan sərnişinlərdən Gədəbəy rayon sakinləri 1979-cu il təvəllüdlü Əliyev Tofiq Abbas oğlu, 1976-cı il təvəllüdlü Ələsgərov Rasim İsa oğlu, 1980-cı il təvəllüdlü Mehdiyev Xaliq Xəlil oğlu və “VAZ-2101” markalı avtomobilin sərnişini 1966-cı il təvəllüdlü Şəmkir rayon sakini Hüseynova Gülnarə Qəşəm qızı hadisə yerində ölüblər, hər iki sürücü və “VAZ-2101” markalı avtomobildə olan sərnişinlər 1988-ci il təvəllüdlü Şəmkir rayon sakin İsmayılov Mübariz Allahverdi oğlu və 1970-ci il təvəllüdlü Gədəbəy rayon sakini Orucov İmran İslam oğlu xəsarət alaraq Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.
xəbərlərin arxivi




Çap et  Çap et