Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

19 may 2013-cü il tarixdə Şamaxı rayonu ərazisində 3 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

19 may 2013-cü il

19 may 2013-cü il tarixdə saat 20:00 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Şamaxı rayonu ərazisindən keçən 120-ci km-də 1981-ci il təvəllüdlü Bakı şəhər sakini Əsgərov Səbuhi Razim oğlu idarə etdiyi “Land Rover” markalı, EM 622 az tranzit dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən idarə etməni itirərək yol kənarındakı daş hasara çırpılıb.

Qəza nəticəsində avtomobilin sürücüsü S.Əsgərov və avtomobildə olan sərnişinlər Bakı şəhər sakinləri 1991-ci il təvəllüdlü İbrahimli Fərhad Saleh oğlu, 1983-cü il təvəllüdlü Rzayev Rəfayıl İdris oğlu hadisə yerində ölüblər, avtomobildə olan digər sərnişinlər 1982-ci il təvəllüdlü Qurbanov Kamal Nəbi oğlu və 1983-cü il təvəllüdlü Məmmədov Orxan Əjdər oğlu xəsarət alaraq Şamaxı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.
xəbərlərin arxivi




Çap et  Çap et