Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

03 iyun 2013-cü il tarixdə Qaradag rayonu ərazisində 2 nəfərin ölümü, 3 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

03 iyun 2013-cü il

03 iyun 2013-ci il tarixdə saat 02:45 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Qaradag rayonu ərazisindən keçən 53-cü km-də 1976-cı il təvəllüdlü Bakı şəhər sakini Murtuzov Cəlil Fikrət oğlu idarə etdiyi “BMW-523” markalı, 90-DK-871 dövlət qeydiyyat nişanlı avtomolillə hərəkətdə olarkən idarəetməni itirərək yolun sağında dayanmış vəziyyətdə olan 1966-cı il təvəllüdlü Lənkaran rayon sakini Qasimov Cəlil Məhrəməli oğluna məxsus “KAMAZ-53212” markalı, 42-BC-071 dövlət qeydiyyat nişanlı yük avtomobilinin QKB-8350 markalı, 42-ZA-074 dövlət qeydiyyat nişanlı qoşqusu ilə arxadan toqquşub.
Qəza nəticəsində “BMW-523” markalı avtomobildə olan sərnişinlər Bakı şəhər  sakinləri 1979-cu il təvəllüdlü Nəzirov Elçin Novruzağa oğlu, 1983-cü il təvəllüdlü Nəzirova Vüsalə Şükür qızı aldığları xəsarətlərdən hadisə yerində ölüblər, avtomobildə olan digər sərnişinlər 2006-cı il təvəllüdlü Nəzirli Hamayıl Elçin qızı, 2010-cu il təvəllüdlü Nəzirli Murad Elçin oğlu və avtomobilin sürücüsü C.Murtuzov xəsarət alaraq Klinik Tibbi Mərkəzə çatdırılıblar.
     Faktla bağlı araşdırma aparılır.
xəbərlərin arxivi




Çap et  Çap et