Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

06 iyun 2013-cü il tarixdə Qaradağ rayonu ərazisində 2 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

06 iyun 2013-cü il

06 iyun 2013-cü il tarixdə saat 06:10 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Qaradağ rayonu ərazisindən keçən 31-ci km-də 1982-ci il təvəllüdlü Bakı şəhər sakini Bəylərov Emil Qərib oğlunun idarə etdiyi “BMV-528” markalı, 90-CB-528 dövlət qeydiyyat nişanlı avtomobili ilə piyada 1977-ci il təvəllüdlü Bakı şəhər sakini İslamov Sadiq İsmi oğlunu vurduqdan sonra eyni istiqamətdə hərəkətdə olan 1983-cü il təvəllüdlü Abşeron rayon sakini Ağakişiyev Amid Əbil oğlunun idarə etdiyi “Mercedes-Benz” markalı, 90-XF-153 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub.
Qəza nəticəsində piyada və “BMV-528” markalı avtomobildə olan sərnişin Türkiyə Respublikasının vətəndaşı 1978-ci il təvəllüdlü Fazil Eyyub Çakar oğlu hadisə yerində ölüblər, avtomobilin sürücüsü xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
xəbərlərin arxivi




Çap et  Çap et