Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

08 iyun 2013-cü il tarixdə Ağstafa rayonu ərazisində 2 nəfərin ölümü, 3 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

08 iyun 2013-cü il

08 iyun 2013-cü il tarixdə saat 01:00 radələrində Bakı-Qazax-Gürcüstan sərhəd yolunun Ağstafa rayonu ərazisindən keçən 450-ci km-də 1986-cı il təvəllüdlü Qazax rayon sakini Nəsibov Tural Xasay oğlunun idarə etdiyi “VAZ-2107” markalı, 90-KX-627 dövlət qeydiyyat nişanlı avtomobillə 1983-cü il təvəllüdlü Ağstafa rayon sakini Əmiraslanov Rafiz Mübariz oğlunun idarə etdiyi “VAZ-2107” markalı, 22-BD-888 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.
Qəza nəticəsində hər iki avtomobilin sürücüsü hadisə yerində ölüblər, 22-BD-888 dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişinlər Ağstafa rayon sakinləri 1983-cü il təvəllüdlü Abbasov Anar Dilənbər oğlu, 2009-cu il təvəllüdlü Əmiraslanov Fərid Rafiz oğlu və 90-KX-627 dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişin 1968-cü il təvəllüdlü Qazax rayon sakini Sarıyev Qiyas Tapdıq oğlu xəsarət alıblar.
Faktla bağlı araşdırma aparılır.
xəbərlərin arxivi




Çap et  Çap et