Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

12 iyun 2013-cü il tarixdə Abşeron rayonu ərazisində 4 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

12 iyun 2013-cü il

12 iyun 2013-cü il tarixdə saat 13:30 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Abşeron rayonu ərazisindən keçən 37-ci km-də 1986-cı il təvəllüdlü Bakı şəhər sakini Rəhimov Samir Adil oğlunun idarə etdiyi “Toyota Land Cruiser” markalı, 10-SF-616 dövlət qeydiyyat nişanlı avtomobili ilə 1987-cü il təvəllüdlü Fizuli rayon sakini Quliyev Dəyanət Abbas oğlunun idarə etdiyi “Howo” markalı, 90-JV-298 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.
Qəza nəticəsində “Toyota Land Cruiser” markalı avtomobilin sürücüsü və avtomobildə olan sərnişinlər Bakı şəhər sakinləri, 1979-cu il təvəllüdlü Quliyev İsmayıl Məhiyəddin oğlu, 1985-ci il təvəllüdlü Səfərəliyeva Aygün Ağalar qızı və 1992-ci il təvəllüdlü Bünyatova Gunay İlqar qızı hadisə yerində ölüblər, digər sərnişin 1993-cü il təvəllüdlü Mustafayev Cavad Cəlal oğlu isə xəsarət alaraq Klinik Tibbi Mərkəzə çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
xəbərlərin arxivi




Çap et  Çap et