Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

23 iyun 2013-cü il tarixdə Göyğöl rayonu ərazisində 2 nəfərin ölümü, 5 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

23 iyun 2013-cü il

23 iyun 2013-cü il tarixdə saat 11:15 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Göyğöl rayonu ərazisindən keçən 345-ci km-də 1964-cü il təvəllüdlü Daskəsən rayon sakini Məmmədov Raqif Məmməd oğlu idarə etdiyi “Hyundai-Terracan” markalı, 99-EX-816 dövlət qeydiyyat nişanlı avtomobili yoldan çıxararaq aşırıb.
Qəza nəticəsində avtomobildə olan sərnişinlər Daşkəsən rayonu sakinləri, 1962-ci il təvəllüdlü Sədirov Etibar İslam oğlu və həyat yoldaşı 1963-cü il təvəllüdlü Sədirova Nazəni Məmməd qızı hadisə yerində ölüblər, avtomobilin sürücüsü R.Məmmədov və digər sərnişinlər 1966-cı il təvəllüdlü Ağayeva Alidə Ağa qızı, 2002-cı il təvəllüdlü Məmmədzadə Elnur Rafiq oğlu, 2000-cı il təvəllüdlü Məmmədzadə Banuçıçək Rafiq qızı və 2008-cı il təvəllüdlü Məmmədzadə Ayxan Rafiq oğlu xəsarət alaraq Gəncə Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.


                                                     
xəbərlərin arxivi




Çap et  Çap et