Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

22 iyun 2013-cü il tarixdə Tovuz rayonu ərazisində 6 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

22 iyun 2013-cü il

22 iyun 2013-cü il tarixdə saat 20:00 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Tovuz rayonu ərazisindən keçən 420-ci km-də 1969-cu il təvəllüdlü Ağdam rayon sakini Məmmədov Habil Eldar oğlunun idarə etdiyi “Mercedes-Benz” markalı, 10-HZ-015 dövlət qeydiyyat nişanlı avtomobillə 1983-cü il təvəllüdlü Tovuz rayon sakini Əsədov Ceyhun Mahmud oğlunun idarə etdiyi “Mercedes-Benz” markalı, 57-BN-460 dövlət qeydiyyat nişanlı, 1988-ci il təvəllüdlü Yevlax rayon sakini Bəndəliyev Savalan Tufan oğlunun idarə etdiyi “Hyundai” markalı, 90-RP-388 dövlət qeydiyyat nişanlı, 1990-cı il təvəllüdlü Tovuz rayon sakini Məmmədov Elmar Fazil oğlunun idarə etdiyi “VAZ-2106” markalı, 47-BA-088 dövlət qeydiyyat nişanlı və 1970-ci il təvəllüdlü Tovuz rayon sakini Əliyev İsax Cəbrayıl oğlunun idarə etdiyi “Ford-Trazit” markalı, 90-DV-155 dövlət qeydiyyat nişanlı avtomobillər toqquşub. Hadisə zamanı “VAZ-2106” markalı minik, “Ford-Trazit” və  “Hyundai” markalı yük avtomobilləri yanıblar.  
Qəza nəticəsində “VAZ-2106”, “Hyundai” və “Ford-Trazit” markalı avtomobillərin sürücüləri, “VAZ-2106” markalı avtomobildə olan sərnişinlər Tovuz rayonu sakinləri 1983-cü il təvəllüdlü Abbasov Turab Namiq oğlu, 1998-ci il təvəllüdlü Səmədov Xəyyam Xaliq oğlu və “Hundai” markalı avtomobildə olan sərnişin 1988-ci il təvəllüdlü Ramazanov Tural Knyaz oğlu hadisə yerində ölüblər.
Faktla bağlı araşdırma aparılır.
xəbərlərin arxivi




Çap et  Çap et