Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

28 iyun 2013-cü il tarixdə Tovuz rayonu ərazisində 4 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

28 iyun 2013-cü il

28 iyun 2013-cü il tarixdə saat 01:20 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Tovuz rayonu ərazisindən keçən 420-ci km-də 1985-ci il təvəllüdlü Qazax rayon sakini Əfəndiyev Rüfət Zöhrab oğlunun idarə etdiyi “VAZ-21154” markalı, 90-HO-315 dövlət qeydiyyat nişanlı avtomobillə 1983-cü il təvəllüdlü Tovuz rayon sakini Rəhimov Anar Dilqəm oğlunun idarə etdiyi “Opel Vektra” markalı, 60-BL-610 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.

Qəza nəticəsində “VAZ-21154” markalı avtomobildə olan sərnişinlər Qazax rayon sakinləri 1983-cü il təvəllüdlü Əfəndiyev Rauf Zöhrab oğlu, 1954-cü il təvəllüdlü Əfəndiyev Zöhrab Nəsib oğlu, 1960-cı il təvəllüdlü Xasməmmədova Kişmilə Əmir qızı və 1941-ci il təvəllüdlü Mərdanov Bayram Şahqulu oğlu hadisə yerində ölüblər, hər iki avtomobilin sürücüləri isə xəsarət alaraq Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.
xəbərlərin arxivi




Çap et  Çap et