Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

2013-cü ilin 6 ayı ərzində yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi sahəsində görülən tədbirlər barədə

29 iyul 2013-cü il

Azərbaycan Respublikası DİN-in kollegiya qərarlarının, əmr və göstərişlərinin tələblərini, habelə iş planlarını rəhbər tutaraq DİN Baş DYP İdarəsi və onun yerlərdəki bölümləri tərəfindən 2013-cü ilin 1-ci yarımili ərzində respublikada yol hərəkətinin təhlükəsizliyinin təmin olunması, istimai asayişin qorunması və xidməti intizamın möhkəmləndirilməsi istiqamətində bir sıra təşkilati və profilaktik tədbirlər həyata keçirilmişdir.
2012-ci il ərzində respublikada və onun ayrı-ayrı bölgələrində qəzalığın vəziyyəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində görülmüş işlər ümumiləşdirilərək kompleks təhlil edilmiş, nəticələri Daxili İşlər Naziri, general-polkovnik cənab R.Usubovun sədrliyi ilə keçirilmiş əməliyyat müşavirəsində DYP-nin ərazi və nizami hissələrinin rəhbər heyəti ilə geniş müzakirə olunmuş, hərəkətin təhlükəsizliyinin təmini sahəsində görülən işlərin vəziyyəti qeyri-qənaətbəxş olan DYP hissə rəhbərlərinin hesabatları dinlənilmişdir. Cənab R.Usubovun proqram xarakterli tapşırıq və tövsiyələrini rəhbər tutaraq yol-nəqliyyat hadisələrinin qarşısının alınması, kobud qayda pozuntularına qarşı mübarizənin təşkili, şəxsi heyət arasında mənəvi-psixoloji mühitin sağlamlaşdırılması, nizam-intizamın möhkəmləndirilməsi ilə bağlı müvafiq tədbirlər müəyyənləşdirilərək icmal-arayış hazırlanmış və xidməti istifadə üçün yerlərə göndərilmişdir.
Dövlət Yol Polisi xidmətində fəaliyyətin müasir tələblərə uyğun qurulması üzrə görülən işlər Nazirliyin rəhbərliyinin gündəlik nəzarətində saxlanılmaqla idarəçilik və təşkilatçılıq işinin yaxşılaşdırılması, normativ-hüquqi bazanın təkmilləşdirilməsi, şəxsi heyətin professional səviyyəsinin artırılması məqsədilə əlavə zəruri tədbirlər görülmüş, qanunçuluğun, insan hüquq və azadlıqlarının aliliyi prinsiplərinə, xidməti, icra və uçot-qeydiyyat intizamına riayət edilməsinə tələbkarlıq daha da artırılmışdır.
Ölkə ərazisində yol-nəqliyyat hadisələrinin qarşısının alınması, hərəkət iştirakçılarının yol hərəkəti sahəsində intizamının möhkəmləndirilməsi məqsədilə aprel ayının 1-dən 30-dək «Yollarda həmrəy olaq, təhlükədən uzaq olaq!» adı altında keçirilmiş hərəkətin təhlükəsizliyi aylığı ərzində ümumilikdə 110.416 YHQ pozuntusu, o cümlədən nəqliyyat vasitələrinin sərxoş sürücülər tərəfindən idarə edilməsi üzrə 762, müəyyən olunmuş sürət həddinin aşılması üzrə 20.312, ötmə qaydalarının pozulması üzrə 2163, manevr etmə qaydalarının pozulması üzrə 1216, yolayrıslarının keçilməsi qaydalarının pozulması üzrə 3953, avtoxuliqanlıq hərəkətlərinə yol verilməsi üzrə 60, nəqliyyat vasitələrinin sürücülük hüququ olmadan idarə olunması üzrə 1280, sərnişin daşıma qaydalarının pozulması üzrə 403, dayanma-durma qaydalarının pozulması üzrə 12.021, nəqliyyat vasitələrinin pərdə plyonka ilə idarə edilməsi üzrə 1252, nişanlanma xətlərinin tələblərinin pozulması üzrə 2224, svetoforun qadağan siqnalının tələblərinə əməl edilməməsi üzrə 2013 fakt və s. aşkarlanmışdır.
Yol hərəkətinə nəzarətin gücləndirilməsi məqsədi ilə nəqliyyat vasitələrinin sürücülük hüququ olmadan, sərxoş halda idarə olunması, sürət həddinin aşılması, ötmə qaydalarının pozulması, svetoforun qadağan siqnallarının tələblərinin pozulması, təhlükəsizlik kəmərindən istifadə edilməməsi, habelə  qanunsuz avadanlıqlaşdırılmış, texniki nasazlıqlarla və müvafiq qaydada dövlət qeydiyyatına alınmadan istismarı faktlarının qarşısının alınması üzrə tədbirlərin səmərəliliyinə diqqət artırılmış, bu istiqamətdə görülən işlərin nəticələri kütləvi informasiya vasitələrində mütəmadi olaraq yayımlanmışdır.
Bu istiqamətdə paytaxtda və ətraf ərazilərdə keçirilən reydlər zamanı ümumilikdə 5550 qayda pozuntusu, o cümllədən nəqliyyat vasitələrinin sərxoş halda idarə olunması üzrə 37, avtomobilin konstruksiyasında dəyişiklik edilməsi üzrə 699, nəqliyyat vasitəsinin səsboğucusuna əlavə avdanlıqın quraşdırılması üzrə 151, səs siqnalından istifadə qaydalarının pozulması üzrə 78, avtomobillərin yan şüşələrinə tətbiqinə qanunla icazə verilməyən pərdə və plyonka çəkilməsi üzrə 2541 fakt aşkarlanmış, avtoxuliqanlıq hərəkətləri edən 13 sürücü, arxa yan şüşələri standartlara uyğun olmayan 572 nəqliyyat vasitəsi saxlanılmış, müxtəlif qayda pozuntularına yol vermiş sərnişin daşıma fəaliyyəti ilə məşğul olan 1260 avtobus sürücüsü barəsində inzibati qaydada müvafiq tədbirlər görülmüşdür.  
Ümumiyyətlə 2013-cü ilin 1-ci yarımili ərzində yol hərəkətinə nəzarət prosesində DYP əməkdaşları 683.430 YHQ pozuntusu, o cümlədən nəqliyyat vasitələrinin sərxoş sürücülər tərəfindən idarə edilməsi üzrə 4.749, müəyyən olunmuş sürət həddinin aşılması üzrə 118.588, ötmə qaydalarının pozulması üzrə 14.226, yolayrıslarının keçilməsi qaydalarının pozulması üzrə 19.605, sərnişin daşıma qaydalarının pozulması üzrə 2.588 fakt aşkar etmişlər. YHQ pozuntusuna görə 814 sürücünün hüququ müxtəlif müddətlərə məhdudlaşdırılmışdır.
2013-cü ilin 1-ci yarımili ərzində «Siqnal» IILI tərəfindən 12 svetofor obyekti quraşdırılmış, 3288 yol nişanı qoyulmuş və ya yenisi ilə əvəz edilmiş, boya ilə küçə və yollarda 749.269 pm sizgiləmə işi aparılmışdır.
Baş idarənin əməkdaşları tərəfindən 2013-cü ilin 1-ci yarımili ərzində hüquqi və fiziki şəxslərə məxsus olan nəqliyyat vasitələrinin qeydiyyatı, təkrar qeydiyyatı, qeydiyyatdan çıxarılması, sürücülük vəsiqələrinin verilməsi üzrə vətəndaşların, idarə, müəssisə və təşkilatların nümayəndələrinin qəbulu aparılmış, 47.764 avtomobil ilkin qeydiyyata alınmış, 51.226 ilkin sürücülük vəsiqəsi verilmişdir.
Yol-nəqliyyat hadisələrinin profilaktikası sahəsində həyata keçirilmiş profilaktik tədbirlərə baxmayaraq ötən ilin müvafiq dövrü ilə müqayisədə yol-nəqliyyat hadisələrinin, onların nəticəsində həlak olan və yaralananların sayında artım qeydə alınmışdır. Belə ki, yarımil ərzində respublika ərazisində 1366 YNH-i qeydə alınmış, nəticədə 556 nəfər həlak olmuş, 1452 nəfər yaralanmışır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə YNH-nin sayı 88 fakt (6,9%), həlak olanların sayı 120 nəfər (27,5%) və yaralananların sayı 90 nəfər (6,7%) artmışdır.     
DİN BDYPİ YPXA-nın xidmət ərazisində hesabat dövründə 159 YNH-si qeydə alınmış, nətisədə 170 nəfər həlak olmuş, 119 nəfər yaralanmışdır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə YNH-nin, həlak olanların və yaralananların sayı uyğun olaraq 26 fakt (19,5%), 66 nəfər (63,5%) və 32 nəfər (36,8%) artmışdır.
Bakı şəhəri ərazisində 490 YNH-i qeydə alınmış, bunların nəticəsində 160 nəfər həlak olmuş, 506 nəfər yaralanmışdır. 2012-ci ilin 1-ci yarımili ilə müqayisədə YNH-nin və yaralananların sayı uyğun olaraq 13 fakt (2,6%), 52 nəfər (9,3%) azalmış, həlak olanların sayı isə 29 nəfər (22,1%) artmışdır.
Respublika üzrə qeydə alınmış YNH-nin 92,6%-i (1265) sürücülərin YHQ pozmaları, o cümlədən 30,9%-i (422) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 30%-i (409) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 8,8%-i (120) yolayrıslarını keçmə qaydalarının pozulması, 3,1%-i (43) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş vermişdir. YNH-nin 38,4%-ni (525) piyadaların vurulması təşkil etmiş, nəticədə 189 piyada həlak olmuş, 388-i yaralanmışdır. 68 YNH-i piyadaların YHQ pozmaları nətisəsində baş vermişdir. Respublika üzrə qeydə alınmış YNH-i nəticəsində 43 nəfər uşaq və yeniyetmə həlak olmuş, 126 nəfər yaralanmışdır. Ümumiyyətlə qeydə alınmış YNH-i nəticəsində həlak olmuş 556 nəfərdən 430-u kişilər, 126-ı qadınlar, xəsarət almış 1452 nəfərdən isə 1099-u kişilər, 353-ü qadınlar təşkil etmişlər.
Azərbaycan Respublikası Prezidentinin «Cinayətkarlığa qarşı mübarizənin güsləndirilməsi, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi tədbirləri haqqında» 1994-cü il tarixli  Fərmanından irəli gələn vəzifələri rəhbər tutaraq hesabat dövründə DYP əməkdaşları tərəfindən 3 ədəd tüfəng (1 ədəd yivsiz və 2 ədəd TOZ-8), 3 ədəd tapança (2 ədəd yivsiz və 1 ədəd qaz), 5 ədəd avtomat, 4 ədəd «F1» əl qumbarası, 2 ədəd avtomat sandıqçası, 890 ədəd müxtəlif kalibirli patronlar aşkar edilərək istintaq orqanlarına təhvil verilmişdir.
Yarımil ərzində polisin digər xidmətləri ilə birgə 28 fakt üzrə: 11 kiloqramdan çox (o cümlədən 6 kq 583 qram marixuana, 7 kq 5 qram heroin, 2 kq 355 qram tiryək, 2 kq 35 qram həşiş qətranı, 48 qram metadon, 0,314 qram metanfetamin) narkotik maddə və 1448 ədəd çətənə kolu aşkar olunmuşdur.
2013-cü ilin 1-ci yarımili ərzində BDYPI-nə 138 nəqliyyat vasitəsinin oğurlanması və qaçırılması barədə məlumat daxil olmuşdur ki, onlardan 103-ü tapılmışdır. BDYPI-nin qeydiyyat-imtahan hissələrində avtonəqliyyat vasitələrinin qeydiyyat hərəkətləri zamanı məlumat bazası ilə axtarışda olan 11 şəxs və 36 avtomobil saxlanılmış, habelə aqreqat nömrələrinin qeydiyyat sənədləri ilə uyğunsuzluğu üzrə 158 fakt və 16 fakt saxta sənəd aşkar olunaraq materiallar araşdırılması üçün təhqiqat orqanlarına  göndərilmişdir.
DİN Baş DYP İdarəsi Azərbaycan Respublikasının DİN-in kollegiya qərarlarını, əmr və göstərişlərini rəhbər tutaraq hərəkətin təhlükəsizliyinin təmin edilməsi və istimai asayişin qorunması sahəsində tədbirlərini davam etdirir.
xəbərlərin arxivi




Çap et  Çap et