Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

30 iyul 2013-cü il tarixdə Hacıqabul rayonu ərazisində 2 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

30 iyul 2013-cü il

30 iyul 2013-cü il tarixdə saat 14:10 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Hacıqabul rayonu ərazisindən keçən 128-ci km-də 1965-ci il təvəllüdlü Neftçala rayon sakini Əhmədov Tərlan Damət oğlunun idarə etdiyi “Kamaz” markalı, 50-CX-137 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə 1980-ci il təvəllüdlü İmişli rayon sakini Salahov Hamlet Elmar oğlunun idarə etdiyi “Mercedes-Benz E270” markalı, 30-BF-256 dövlət qeydiyyat nişanlı minik avtomobili toqquşub.  

Qəza nəticəsində “Mercedes-Benz E270” markalı avtomobildə olan sərnişinlər İmişli rayon sakinləri, 1951-ci il təvəllüdlü Salahov Elmar İsib oğlu və 1927-ci il təvəllüdlü Salahov İsib Ağazər oğlu hadisə yerində ölublər, avtomobilin sürücüsü və avtomobildə olan digər sərnişin 1989-cu il təvəllüdlü Salahova Günel Elmar qızı xəsarət alaraq Şirvan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.  
xəbərlərin arxivi




Çap et  Çap et