Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

5 avqust 2013-cü il tarixdə paytaxtın Xəzər rayonu ərazisində 2 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

05 avqust 2013-cü il

5 avqust 2013-cü il tarixdə saat 08:00 radələrində Bakı şəhərinin Buzovna-Mərdəkan şosesində 1982-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Məmmədov Anar Natiq oğlu “Mercedes-Benz” markalı, 99-CS-789 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən idarəetməni itirərək yol kənarındakı metal konstruksiyalı çəpərə çırpılıb. Sürücü A.Məmmədova yardım etmək məqsədilə “Vaz-21015” markalı, 90-RE-015 dövlət qeydiyyat nişanlı avtomobili yoldan çıxararaq saxlayan Məlikov Rüstəm Adil oğlu ona yaxınlaşarkən 1985-ci il təvəllüdlü Bakı şəhər sakini Heybətov Yaqub Ramiz oğlu idarə etdiyi “Opel-Zafira” markalı, 99-DX-847 dövlət qeydiyyat nişanlı avtomobillə yolun kənarında dayanmış hər iki avtomobilin sürücülərini vurub.  

Qəza nəticəsində “Mercedes-Benz” və “Opel-Zafira” markalı avtomobillərin sürücüləri hadisə yerində ölüblər, “Vaz-21015” markalı avtomobilin sürücüsü R. Məlikov isə xəsarət alaraq xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.
xəbərlərin arxivi




Çap et  Çap et