Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

14 avqust 2013-cü il tarixdə İsmayıllı rayonu ərazisində 2 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

14 avqust 2013-cü il

14 avqust 2013-cü il tarixdə saat 22:00 radələrində İsmayıllı-İvanovka yolunda 1974-cü il təvəllüdlü İsmayıllı rayon sakini Kərimov Qabil Təbriz oğlu idarə etdiyi “VAZ-2107” markalı, 10-BZ-855 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçən piyadaları, İsmayıllı rayon sakinləri 1992-ci il təvəllüdlü Umudov Murad Əlibala oğlunu, 1980-ci il təvəllüdlü Skokov Nikolay Nikolayeviçi və Gəncə şəhər sakini 1982-ci il təvəllüdlü Həsənov Vasif Vaqif oğlunu vurub.
Qəza nəticəsində İsmayıllı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilmiş piyadalardan N.Skokov və M. Umudov aldıqları xəsarətlərdən 15 avqust 2013-cü il tarixdə xəstəxanada ölublər.
Faktla bağlı araşdırma aparılır.
xəbərlərin arxivi




Çap et  Çap et