Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

20 avqust 2013-cü il tarixdə Hacıqabul rayonu ərazisində 2 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

20 avqust 2013-cü il

20 avqust 2013-cü il tarixdə saat 12:40 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Hacıqabul rayonu ərazisindən keçən 120-ci km-də 1963-cü il təvəllüdlü Gəncə şəhər sakini Məmmədov Qorxmaz Mayıl oğlu idarə etdiyi “Mitsubishi Grandis” markalı, 99-BG677 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə hərəkətdə olan zaman idarə etməni itirərək onu aşırıb.
Qəza nəticəsində sürücüsü və avtomobildə olan sərnişinlər, 1981-ci il təvəllüdlü Daşkəsən rayon sakini Bağırov Mikayıl Səməd oğlu və 1989-cu il təvəllüdlü Sumqayıt şəhər sakini Əhmədova Aytəkin Fərəc qızı xəstəxanaya çatdırıliblar. Sürücü və M.Bağırov aldıqları xəsarətlərdən xəstəxanada ölüblər.
Faktla bağlı araşdırma aparılır.
xəbərlərin arxivi




Çap et  Çap et