Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

29 avqust 2013-cü il tarixdə Zaqatala rayonu ərazisində 2 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

29 avqust 2013-cü il

29 avqust 2013-cü il tarixdə saat 12:40 radələrində Yevlax-Zaqatala- Gürcüstan sərhədi yolunun Zaqatala rayonu ərazisindən keçən 124-cü km-də 1985-ci il təvəllüdlü Şəki rayon sakini Mustafayev Mehman Malik oğlunun idarə etdiyi “Opel Tigra” markalı, 90-XJ-279 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə eyni istiqamətdə hərəkətdə olan, 1987-ci il təvəllüdlü Zaqatala rayon sakini Nuriyev İlkin Şərif oğlunun idarə etdiyi “Vaz-21099” markalı, 57-BN-839 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub. Toqquşmadan sonra “Vaz-21099” markalı avtomobil yolun sağ tərəfindəki ağaca çırpılıb, “Opel Tigra” markalı avtomobil isə yolun sol tərəfinə çıxaraq çökəkliyə düşüb.
Qəza nəticəsində “Vaz-21099” markalı avtomobilin sürücüsü hadisə yerində ölüb, onun sərnişini, 1991-ci il təvəllüdlü Zaqatala rayon sakini Məmmədov Eldar Əkbər oğlu və “Opel Tigra” markalı avtomobildə olan sərnişin 1961-ci il təvəllüdlü Klinçev Aleksey Alekseyeviç xəsarət alaraq Zaqatala Mərkəzi Rayon Xəstəxanasına çatdırılsalar da E.Məmmədov xəstəxanada vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
xəbərlərin arxivi




Çap et  Çap et