Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

04 sentyabr 2013-cü il tarixdə İsmayıllı rayonu ərazisində 2 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

04 sentyabr 2013-cü il

04 sentyabr 2013-cü il tarixdə saat 10:30 radələrində Muğanlı-İsmayıllı avtomobil yolunun 13,8-ci km-də 1996-cı il təvəllüdlü Şamaxı rayon sakini Səfərov Müzəffər Eyvaz oğlunun idarə etdiyi “ZAZ-110308-01” markalı, 10-XZ-573 dövlət qeydiyyat nişanlı avtomobillə 1970-ci il təvəllüdlü İsmayıllı rayon sakini Qasımov Hikmət Niyazı oğlunun idarə etdiyi “Kamaz-5511” markalı, 31-BB-783 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.  

Qəza nəticəsində “ZAZ-110308-01” markalı avtomobilin sürücüsü və avtomobildə olan sərnişin 1976-cı il təvəllüdlü Şamaxı rayon sakini Musayev Mövlüd Muxtar oğlu hadisə yerində ölüblər.  

Faktla bağlı araşdırma aparılır. 
xəbərlərin arxivi




Çap et  Çap et