Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

08 sentyabr 2013-cü il tarixdə Abşeron rayonu ərazisində 2 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

08 sentyabr 2013-cü il

08 sentyabr 2013-cü il tarixdə saat 15:30 radələrində Bakı-Quba yolunun Abşeron rayonu ərazisindən keçən 14,5-ci km-də 1983-cü il təvəllüdlü İmişli rayon sakini Abayev Rəsul Oktay oğlunun idarə etdiyi “Shagman” markalı, 99-FE-868 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə yolu keçən piyadaları, 1954-cü il təvəllüdlü Bakı şəhər sakini Rəhimov Eldar Qiyas oğlunu və 1987-ci il təvəllüdlü Ağdaş rayon sakini Rəsulov Rəvan Musa oğlunu vurub.
Qəza nəticəsində hər iki piyada aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.
Faktla bağlı araşdırma aparılır.
xəbərlərin arxivi




Çap et  Çap et