Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

16 sentyabr 2013-cü il tarixdə Sumqayıt şəhəri ərazisində 2 nəfərin ölümü, 3 nəfərin yaralanması və 5 nəfərin ölümü, 5 nəfərin yaralanması ilə nəticələnən 2 ağır yol-nəqliyyat hadisəsi baş verib.

16 sentyabr 2013-cü il

  16 sentyabr 2013-cü il tarixdə saat 14:05 radələrində Sumqayıt şəhərinin Sülh küçəsində, “Azərboru” zavodunun qarşısında 1989-cu il təvəllüdlü Sumqayıt şəhər sakini Nadirov Seymur Ürbəddin oğlunun idarə etdiyi “Vaz-21144” markalı, 90-NS-714 dövlət qeydiyyat nişanlı avtomobillə 1984-cü il təvəllüdlü Rusiya Federasiyasının vətəndaşı Qitinovasov Şamil Maxaçoviçin idarə etdiyi “Volvo” markalı, N 053 MB 93/RUS  dövlət qeydiyyat nişanlı yük avtomobili toqquşub.
Qəza nəticəsində “Vaz-21144” markalı avtomobildə olan sərnişinlərdən 1990-cı il təvəllüdlü Bayramov Emin Rza oğlu hadisə yerində ölüb, xəsarət almış sürücü və sərnişinlər, Şabran rayon sakinləri 1990-cı il təvəllüdlü Abdulov Elşən Oqtay oğlu, 1988-ci il təvəllüdlü Nadirov Adil Ənvər oğlu, 1985-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Quliyev Nurlan Akif oğlu Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsalar da sürücü xəstəxanada vəfat edib.
Digər yol-nəqliyyat hadisəsi sentyabrın 16-dan 17-ə keçən gecə eyni ərazidə saat 00:20 radələrində qeydə alınıb. 1991-ci il təvəllüdlü Sumqayıt şəhər sakinləri Məmmədov Anar Səxavət oğlunun idarə etdiyi “Volkswagen Passat” markalı, 50-CJ-423 dövlət qeydiyyat nişanlı avtomobillə 1988-ci il təvəllüdlü Bağırov Babək Davud oğlunun idarə etdiyi “Hyundai Santa Fe” markalı, 50-BE-050 dövlət qeydiyyat nişanlı və 1973-cü il təvəllüdlü Məmmədov Müslüm Rza oğlunun idarə etdiyi “Azsamand” markalı, 10-TD183  dövlət qeydiyyat nişanlı minik avtomobilləri toqquşub.
Qəza nəticəsində “Azsamand” markalı avtomobildə olan sərnişin 1989-cu il təvəllüdlü Salyan rayon sakini Kərimov Qismət Vahid oğlu, “Hyundai Santa Fe” markalı avtomobildəki sərnişin 1986-cı il təvəllüdlü Siyəzən rayon sakini Cəlilov Rəşad Əbülfəs oğlu və həmin avtomobildəki şəxsiyyəti məlum olmayan 3 nəfər sərnişin hadisə yerində ölüblər, xəsarət almış “Azsamand” və “Hyundai Santa Fe” markalı avtomobillərin sürücüləri və “Azsamand” markalı avtomobildə olan sərnişinlər, 1980-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Məmmədov Ramin Firudin oğlu, 1984-cü il təvəllüdlü Yevlax rayon sakini Əzizov Ceyhun Yusif oğlu və Bakı şəhər sakini Katlyarov İllarion Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.
Faktlarla bağlı araşdırmalar aparılır.
xəbərlərin arxivi




Çap et  Çap et