Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

18 sentyabr 2012-ci il tarixdə Sabirabad rayonu ərazisində 2 nəfərin ölümü, Bərdə rayonu ərazisində isə 3 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisələri baş verib.

18 sentyabr 2013-cü il

Sentyabr ayının 17-dan 18-ə keçən gecə saat 00:10 radələrində Sabirabad rayonunun Kürkəndi kəndinin ərazisində 1986-cı il təvəllüdlü Sabirabad rayon sakinləri Bağırov Tural Şirin oğlunun idarə etdiyi “Tofaş” markalı, 10-JS-511 dövlət qeydiyyat nişanlı avtomobillə 1983-cü il təvəllüdlü Novruzov Samir Sabir oğlunun idarə etdiyi “Nissan-Tiana” markalı, 90-RR-383 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.

Qəza nəticəsində hər iki avtomobilin sürücüsü hadisə yerində ölüb.

Digər yol-nəqliyyat hadisəsi isə həmin gün saat 02:30 radələrində Bərdə rayonu ərazisindən keçən Aran-Bəhramtəpə yolunun 53-cü km-də qeydə alınıb. 1988-ci il təvəllüdlü Ağcabədi rayon sakini Fətəliyev Vüsal Ceyhun oğlu idarə etdiyi “Vaz-2115” markalı, 90-MO-585 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək onu yol kənarındakı çaya aşırıb.

Qəza nəticəsində avtomobildə olan sərnişinlər, Ağcabədi rayon sakinləri 1988-ci il təvəllüdlü Məmmədov Elbrus Qabil oğlu, 1987-ci il təvəllüdlü Nadirov Nəvai İsrail oğlu və 1996-cı il təvəllüdlü Səfərov Fərid Rövşən oğlu hadisə yerində ölüblər.

Faktlarla bağlı araşdırmalar aparılır.
xəbərlərin arxivi




Çap et  Çap et