Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

20 sentyabr 2013-cü il tarixdə paytaxtın Səbail rayonu ərazisində 2 nəfərin ölümü, 6 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

20 sentyabr 2013-cü il

20 sentyabr 2013-cü il tarixdə saat 11:10 radələrində paytaxtın Səbail rayonu ərazisindən keçən Salyan yolunda 1973-cü il təvəllüdlü Tər-tər rayon sakini Haqverdiyev Füzuli Əziz oğlunun idarə etdiyi “Daewoo” markalı, 10-TF-869 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu ilə 1971-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Nuriyev Rövşən Firqi oğlunun idarə etdiyi “İveko” markalı, 99-DK-424 dövlət qeydiyyat nişanlı evakuator toqquşub.
Qəza nəticəsində avtobusun sürücüsü və avtobusda olan sərnişin 1965-ci il təvəllüdlü Masallı rayon sakini Hadıyev Polad Abdulla oğlu hadisə yerində ölüblər, avtobusda olan digər sərnişinlər 1957-ci il təvəllüdlü Bakı şəhər sakini Əliyev Alim Səfərəli  oğlu, 1959-cu il təvəllüdlü Neftçala rayon sakini Əhmədov Teyyub Əsgər oğlu, 1990-cı il təvəllüdlü Bakı şəhər sakini Vəliyev Abbas Ələkbər oğlu, 1966-cı il təvəllüdlü Masallı rayon sakini Abbasov Famil Yavər oğlu, 1950-ci il təvəllüdlü Bakı şəhər sakini Ramazanov Nizam Əlihüseyn oğlu, 1993-cü il təvəllüdlü Bakı şəhər sakini Buşumov Zefuttin Cabir oğlu xəsarət alaraq Klinik Tibbi Mərkəzə çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
xəbərlərin arxivi




Çap et  Çap et