Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

23 sentyabr 2013-cü il tarixdə Salyan rayonu ərazisində 2 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

23 sentyabr 2013-cü il

23 sentyabr 2013-cü il tarixdə saat 23:40 radələrində Bakı-Astara-İran sərhədi avtomobil yolunun Salyan rayonu ərazisindən keçən 77,7-ci km-də 1962-ci il təvəllüdlü Lənkəran rayon sakini Cabbarov Mirhadi Abdulqafar oğlunun idarə etdiyi “Kamaz-5410” markalı, 42-BH-516 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə 1981-ci il təvəllüdlü Astara rayon sakini Eyniyev Allahverdi Qadağa oğlunun idarə etdiyi “Liaz” markalı, 07-BD-729 dövlət qeydiyyat nişanlı yük avtomobili toqquşub.
Qəza nəticəsində “Kamaz-5410” markalı avtomobilin sürücüsü və avtomobildə olan sərnişin, onun arvadı 1969-cu il təvəllüdlü Cabbarova Təranə İbrahim qızı hadisə yerində ölüblər, “Liaz” markalı avtomobilin sürücüsü isə xəsarət alaraq Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
xəbərlərin arxivi




Çap et  Çap et