Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

04 oktyabr 2013-cü il tarixdə Şəmkir rayonu ərazisində 2 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

04 oktyabr 2013-cü il

04 oktyabr 2013-cü il tarixdə saat 14:00 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Şəmkir rayonu ərazisindən keçən 389-cu km-də Şəmkir rayon sakinləri 1968-ci il təvəllüdlü Aslanov İlqar İslam oğlunun idarə etdiyi “VAZ-21011” markalı, 57-BE-146 dövlət qeydiyyat nişanlı avtomobillə 1984-cü il təvəllüdlü Məhərrəmov Malik İbad oğlunun idarə etdiyi “Mercedes-Benz” markalı, 20-CS-267 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.

Qəza nəticəsində “VAZ-21011” markalı avtomobilin sürücüsü və onun sərnişini 1972-ci il təvəllüdlü Orucova Təranə Cəlal qızı hadisə yerində ölüblər, “Mercedes-Benz” markalı avtomobilin sürücüsü isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
xəbərlərin arxivi




Çap et  Çap et