Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

21 oktyabr 2013-cü il tarixdə Salyan rayonu ərazisində 2 nəfərin ölümü, 3 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

21 oktyabr 2013-cü il

21 oktyabr 2013-cü il tarixdə saat 17:25 radələrində Salyan rayonunun Yolüstü kəndi ərazisində 1960-cı il təvəllüdlü Salyan rayon sakinləri Ağarzayev Qurban Qara oğlunun idarə etdiyi “Hyundai Veracruz” markalı, 52-BG-932 dövlət qeydiyyat nişanlı avtomobillə 1962-ci il təvəllüdlü Əmirəliyev Dünyamalı Ağalar oğlunun idarə etdiyi “VAZ 2106” markalı, 50-BR-564 qeydiyyat nişanlı avtomobil toqquşub.
Qəza nəticəsində “Vaz-2106” markalı avtomobilin sürücüsü və həmin avtomobildə olan  sərnişinlər Salyan rayon sakinləri, 1971-ci il təvəllüdlü Ağarzayeva Xanım Şulban  qızı, 1971-ci il təvəllüdlü Abbasova Gülarə Əliheydər qızı, 1963-cü il təvəllüdlü Məmmədova Elmira Əliheydər qızı və 2001-ci il təvəllüdlü Ağarzayev Abbas Ələddin oğlu xəsarət alaraq Şirvan şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar. Xəstəxanada sürücüsü D.Əmirəliyev və sərnişinlərdən Ağarzayeva Xanım Şulban qızı vəfat ediblər.
xəbərlərin arxivi




Çap et  Çap et