Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

16 noyabr 2013-cü il tarixdə Hacıqabul rayonu ərazisində 2 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

16 noyabr 2013-cü il

16 noyabr 2013-cü il tarixdə saat 01:30 radələrində Hacıqabul rayonunun Udulu kəndi ərazisində 1979-cu il təvəllüdlü Hacıqabul rayon sakini İbrahimov Vüsal Qəmbər oğlu idarə etdiyi “VAZ-2106” markalı, 24-BA-248 dövlət qeydiyyat nişanlı avtomobili dərəyə aşırmışdir.

Qəza nəticəsində avtomobildə olan sərnişinlər Hacıqabul rayon sakinləri 1990-cı il təvəllüdlü Gülmalıyev İsmayıl Bəxtiyar oğlu və 1971-ci il təvəllüdlü Məlikov Oktay Gülağa oğlu hadisə yerində ölüblər, avtobilin sürücüsü isə Hacıqabul Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


xəbərlərin arxivi




Çap et  Çap et