Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

29 noyabr 2013-cü il tarixdə Qaradağ rayonu ərazisində 3 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

29 noyabr 2013-cü il

29 noyabr 2013-cü il tarixdə saat 22:10 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Qaradağ rayonu ərazisindən keçən 61-ci km-də 1984-cü il təvəllüdlü Astara rayon sakini Fərziyev Orucəli Arzuman oğlunun idarə etdiyi “VAZ-2106” markalı, 07-BD-435 dövlət qeydiyyat nişanlı avtomobillə 1986-cı il təvəllüdlü Bakı şəhər sakini Babayev Saday Nağı oğlunun idarə etdiyi “Kamaz-6520” markalı, 90-JF-164 dövlət qeydiyyat nişanlı yük avtomobili toqquşub.

Qəza nəticəsində “VAZ-2106” markalı avtomobilin sürücüsü və avtomobildə olan sərnişinlər, 1986-cı il təvəllüdlü Astara rayon sakini Fərziyev Qqtay Arzuman oğlu və 1957-cı il təvəllüdlü Fərziyeva Zəkiyə Sərvət qızı aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

Faktla bağlı araşdırma aparılır.
xəbərlərin arxivi




Çap et  Çap et