Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

11 dekabr 2013-cü il tarixdə Ağsu rayonu ərazisində 2 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

11 dekabr 2013-cü il

11 dekabr 2013-cü il tarixdə saat 17:00 radələrində Ağsu-Kürdəmir yolunun 16-cı km-də 1958-ci il təvəllüdlü Kürdəmir rayon sakini Məmmədov Faiq Balakişi oğlunun idarə etdiyi “Mitsubishi L-200” markalı, 33-BE-332 dövlət qeydiyyat nişanlı avtomobil idarə edərkən onu aşırıb.

Qəza nəticəsində sürücü və avtomobildə olan sərnişinlərdən Kürdəmir rayon sakinləri 1961-ci il təvəllüdlü Bəkirov Hacıbala Ramazan oğlu yerində ölüblər, digər sərnişin 1988-ci il təvəllüdlü Baxşıyev Araz Əfqan isə Ağsu Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.
xəbərlərin arxivi




Çap et  Çap et