Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

30 yanvar 2014-cü il il tarixdə Ağstafa rayonu ərazisində 4 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

30 yanvar 2014-cü il

30 yanvar 2014-cü il tarixdə saat 22:00 radələrində Ağstafa rayonunun Qarahəsənli kəndi ərazisində 1984-cüi il təvəllüdlü Füzuli rayon sakini Əliyev Elnur Məhərrəm oğlu idarə etdiyi “BMW” markalı, 90-ER-606 dövlət qeydiyyat nişanlı avtomobili dəmir yolu üzərindəki körpüdən dərəyə aşırıb.
Qəza nəticəsində sürücü və avtomobildə olan sərnişinlər, Ağstafa rayon sakinləri 1992-ci il təvəllüdlü Mehrəliyev Alı Zöhrab oğlu, 1988-ci il təvəllüdlü Abbasov Alqayıt Telman oğlu və 1990-cı il təvəllüdlü Ağsu rayon sakini İsayev Nail Maqsud oğlu hadisə yerində ölüblər.
Faktla bağlı araşdırma aparılır. 


xəbərlərin arxivi




Çap et  Çap et