Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

21 fevral 2014-cü il tarixdə Kürdəmir rayonu ərazisində 2 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

21 fevral 2014-cü il

21 fevral 2014-cü il tarixdə saat 04:20 radələrində Bakı-Qazax yolunun Kürdəmir rayonu, Sığırlı kəndi ərazisindən keçən 178-ci km-də  1989-cu il təvəllüdlü Daşkəsən rayon sakini Baxşıyev Həbib Nursultan oğlunun idarə etdiyi “Kamaz” markalı, 24-BD-932 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə eyni istiqamətdə hərəkətdə olan 1962-ci il təvəllüdlü Daşkəsən rayon sakini İsmayılov Dilən Möhsüm oğlunun idarə etdiyi “VAZ-2106” markalı, 10-GS-178 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub.
Qəza nəticəsində sürücü D.İsmayılov və avtomobildə olan sərnişin 1981-ci il təvəllüdlü Daşkəsən rayon sakini Kazımov Rasim Qəmbər oğlu hadisə yerində ölüblər.
xəbərlərin arxivi




Çap et  Çap et