Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

23 fevral 2014-cü il tarixdə Qaradağ rayonu ərazisində 3 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

24 fevral 2014-cü il

23 fevral 2014-cü il tarixdə saat 16:30 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Şamaxı rayonu ərazisindən keçən 113-cü km-də 1988-ci il təvəllüdlü Ağsu rayon sakini Cəlilov Fərid Aydın oğlu idarə etdiyi “VAZ-21115” markalı, 90-DJ-463 dövlət qeydiyyat nişanlı avtomobillə Yevlax rayonu istiqamətində hərəkətdə olarkən eyni istiqamətdə hərəkətdə olan 1991-ci il təvəllüdlü Bakı şəhər sakini Mirzıyev Famil İmambala oğlunun  idarə etdiyi “Kamaz-65115C” markalı, 10-JN-058 dövlət qeydiyyat nişanlı yük avtomobilinin arxa hissəsi ilə toqquşub.
Qəza nəticəsində “VAZ-21115” markalı avtomobildə olan sərnişinlər, Ağsu rayon sakinləri 1991-ci il təvəllüdlü Mütəllimov Vüqar İlqar oğlu və 1992-ci  il təvəllüdlü Fazizadə Rza Cəlal  oğlu hadisə yerində ölüblər, avtomobilin sürücüsü  isə xəsarət alaraq Şamaxı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
xəbərlərin arxivi




Çap et  Çap et