Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

28 fevral 2014-cü il tarixdə Şəmkir rayonu ərazisində 4 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

28 fevral 2014-cü il

28 fevral 2014-cü il tarixdə saat 15:15 radələrində Bakı-Qazax-Gürcustan sərhədi yolunun Şəmkir rayonu ərazisindən keçən 394-cü km-də 1947-ci il təvəllüdlü Şəmkir rayon sakini Əliyev Rəsul İlyas oğlunun idarə etdiyi “Vaz-2101” markalı, 20-BT-039 dövlət qeydiyyat nişanlı avtomobillə qarşıdan gələn 1958-ci il təvəllüdlü İmişli rayon sakini İsmayılov Tahir İdris oğlunun idarə etdiyi “Qaz-3102” markalı, 10-MU-096 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub, bundan sonra əks istiqamətdə hərəkətinə davam edərək “Qaz-3102” markalı avtomobilin arxasınca gələn 1964-cü il təvəllüdlü Samux rayon sakini Xəlilov Elçin Qələndər oğlunun idarə etdiyi “Qaz-24” markalı avtomobilə çırpılıb.
Qəza nəticəsində “Vaz-2101” markalı avtomobilin sürücüsü və onun avtomobilində olan sərnişinlər 1973-cü il təvəllüdlü Əliyeva Rəqibə Məhəmməd qızı, 1949-cu il təvəllüdlü Əliyeva Rəfiqə Səməd qızı və “Qaz-24” markalı avtomobilin sərnişini 1976-cı il təvəllüdlü İsmayılov İsgəndər Niyaz oğlu hadisə yerində ölüblər, “Vaz-2101” markalı avtomobilin sərnişini 1994-cü il təvəllüdlü Əliyeva Anarə Saleh qızı isə xəsarət alaraq Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.  
xəbərlərin arxivi




Çap et  Çap et