Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

19 mart 2014-cü il tarixdə Qobustan rayonu ərazisində 4 nəfərin ölümü, 6 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

19 mart 2014-cü il

19 mart 2014-cü il tarixdə saat 18:00 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Qobustan rayonu ərazisindən keçən 104-cü km-də 1952-ci il təvəllüdlü Qəbələ rayon sakini Əliyev Qurban Cəfər oğlunun idarə etdiyi “Mercedes E-200” markalı, 99-FH-377 dövlət qeydiyyat nişanlı avtomobillə 1985-ci il təvəllüdlü Abşeron rayon sakini Orucəliyev Rasim Cümşüd oğlunun idarə etdiyi “Mercedes E-180” markalı, 99-GH-309 dövlət qeydiyyat nişanlı və 1954-cü il təvəllüdlü Bakı şəhər sakini Hüseynov İntizam Zöhrab oğlunun idarə etdiyi “Daewoo Nexia” markalı, 90-RT-309 dövlət qeydiyyat nişanlı avtomobillər toqquşub.
Qəza nəticəsində “Mercedes E-200” markalı avtomobilin sürücüsü və onun sərnişinləri Ağsu rayon sakinləri - 1958-ci il təvəllüdlü Orucəliyev Cümşüd Rəcəb oğlu, 1987-ci il təvəllüdlü Orucəliyev Rafiq Cümşüd oğlu, 1965-ci il təvəllüdlü Hökumə Orucəliyeva və 2009-cu il təvəllüdlü Aytac Orucəliyeva hadisə yerində ölüblər, digər avtomobillərin sürücüləri, habelə sərnişinlər 1941-ci il təvəllüdlü Əhmədov Əziz Hacıməmməd oğlu, 1991-ci il təvəllüdlü İmanova Leyla Qurban qızı və 1948-ci il təvəllüdlü Ağayeva Raya xəsarət alaraq Şamaxı Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır. 


xəbərlərin arxivi




Çap et  Çap et